Hepatit B necə yoluxur?

Virus əsasən qan və bəzi bədən mayeləri ilə keçir:

  • İynə və şprislərin ortaq istifadəsi
  • Steril olmayan diş, tatuaj və ya pirsinq alətləri
  • Qorunmayan cinsi əlaqə
  • Doğuş zamanı anadan körpəyə keçmə
  • Yaralarla birbaşa təmas (nadir, lakin mümkün)

Əlamətləri hansılardır?

Kəskin hepatit B zamanı yüksək hərarət, ürəkbulanma, iştahasızlıq, sidiyin tündləşməsi və sarılıq (dəri və gözlərin saralması) müşahidə oluna bilər. Lakin əlamətlər çox vaxt zəif olur və xəstə virus daşıyıcısı olduğunu bilmədən keçir — praktikada bir çox hal əməliyyatönü profilaktik müayinələr zamanı təsadüfən aşkarlanır.

Diaqnoz necə qoyulur?

Diaqnoz spesifik qan analizləri ilə qoyulur:

  • HBsAg — Hepatit B səthi antigeni
  • Anti-HBs, Anti-HBc, HBeAg
  • HBV-DNA — virus yükü
  • ALT, AST — qaraciyər funksiyası
  • Xroniki hallarda qaraciyərin USM müayinəsi

Qorunma və peyvənd

Ən effektiv qorunma peyvənddir: üç dozalı sxemlə aparılır və effektivliyi 95%-dən yüksəkdir. Yeni doğulan körpələrdə ilk doza həyatın ilk 24 saatında vurulur. Bundan başqa gigiyena qaydalarına riayət, şəxsi tibbi əşyaların paylaşılmaması və hamilə qadınların yoxlanması mühümdür. Daşıyıcı olan şəxslər mütəmadi izlənməli və zərurət olduqda müalicə almalıdır.