Virus hepatitləri (A, B, C, D)
Virus hepatitləri qaraciyəri zədələyən yoluxucu xəstəliklərdir. A, B, C və D virusları eyni xəstəlik deyil — hər birinin yoluxma yolu, gedişi və müalicəsi fərqlidir. Hepatit B və C uzun illər əlamətsiz davam edərək qaraciyəri sirroza və hətta xərçəngə qədər apara bilər. Erkən aşkarlanma ilə isə nəzarət altına alınır.
Nədir?
Qaraciyərin virus mənşəli iltihabı — A, B, C, D hepatitləri qan analizi və spesifik markerlərlə aşkarlanır.
Kimlər üçün?
Hepatit markeri müsbət çıxan, qaraciyər fermentləri yüksək olan, ailəsində hepatit olan və ya riskli təması olmuş şəxslər üçün.
Risklər?
Hepatit B və C illərlə səssiz davam edə bilər; "daşıyıcıyam, əlamətim yoxdur" düşüncəsi ilə izləməni dayandırmaq təhlükəlidir.
Nə vaxt müraciət etməli?
- Davamlı halsızlıq, iştahasızlıq, ürəkbulanma
- Sağ qabırğaaltı nahiyədə ağırlıq və ya ağrı
- Dərinin və gözlərin saralması, sidiyin tündləşməsi
- HBsAg, Anti-HCV müsbət və ya qaraciyər fermentlərinin (ALT, AST) yüksəlməsi
Müalicə yanaşması
Diaqnoz spesifik markerlərlə qoyulur: ilkin skrininq (HBsAg, Anti-HCV), müsbətdirsə dəqiqləşdirici analizlər — virusun yükü (HBV-DNA, HCV PZR), aktivliyi və qaraciyərin vəziyyəti. Müalicə virusun növündən asılıdır: hepatit A adətən özü keçir; B və C üçün müasir antiviral imkanlar var və xəstələrimdə HCV PZR-in neqativləşməsi — yəni virusdan təmizlənmə — real nəticədir. Hepatit A və B üçün peyvənd mövcuddur.
Digər xidmətlər