Antibiotik hansı hallarda lazımdır?

Antibiotik yalnız bakterial infeksiyalarda mənalıdır:

  • Angina, bəzi sinusitlər, otit və pnevmoniya kimi bakterial infeksiyalarda
  • Həkim müayinəsi və ya analiz nəticələri bakterial infeksiyaya işarə etdikdə
  • Yalnız həkim tərəfindən təyin edilmiş müalicə planına əsasən

Antibiotik nə vaxt lazım DEYİL?

Virus mənşəli hallarda antibiotik təsirsizdir:

  • Sadə soyuqdəymə və qrip zamanı
  • Virus mənşəli öskürək və yüngül boğaz ağrısında
  • Virus səbəbli aşağı hərarətdə
  • Virus infeksiyası ilə bağlı burun axıntısında

Yanlış istifadənin zərərləri

Nəzarətsiz antibiotik istifadəsi antibiotiklərə qarşı müqavimətin (rezistentliyin) artmasına, bağırsaq mikroflorasının pozulmasına, allergik reaksiyalara və müalicə prosesinin uzanmasına səbəb olur. Rezistentlik yalnız fərdi deyil, ictimai sağlamlıq problemidir.

Düzgün istifadə qaydaları

Antibiotiki yalnız həkim təyinatı ilə qəbul edin; təyin olunan dozaya və müddətə əməl edin; özünüzü yaxşı hiss etsəniz belə müalicəni özbaşına dayandırmayın; başqasına təyin edilmiş və ya köhnə resept əsasında antibiotik qəbul etməyin.